
“Həm Ramil Usubovun, həm də Vilayət Eyvazovun Azərbaycan dövləti qarşısında danılmaz xidmətləri var. Hər ikisi bu yüksək etimada layiqdir”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında YAP-çı millət vəkili Siyavuş Novruzov prezidentin Ramil Usubov və Vilayət Eyvazovla bağlı son qərarlarını şərh edərkən deyib.
Siyavuş Novruzov bildirib ki, hər iki şəxsə böyük etimad göstərilib:
“Bu günə qədər də bu belə idi. Həm Ramil müəllim, həm də Vilayət müəllim dövlət çevrlişlərinə cəhdlərin qarşısını alıb. Onların bu dövlət, bu xalq qarşısında xidmətləri böyükdür. Mən hər ikisini təbrik edirəm”.
Gununsesi.org












