
Bəzi müxalif qüvvələr, siyasətçilər sosial şəbəkələrdə populist çıxış edərək özlərinə xal qazanmaq üçün passiv sosial müdafiə faktorlarını önə çəkirlər.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.
“Onlar elə düşünürlər ki, dövlət pul verməlidir, onlar xərcləsin. Biz aktiv sosial müdafiədən, yeni iş yerlərinin açılmasından, məşğulluqdan, əmək haqqının yüksəldilməsindən danışmalıyıq. Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi”, – deyə komitə sədri vurğulayıb.
Gununsesi.info