Onlar İsraili müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün hərəkətə keçdilər

  • By Admin2
  • 19 Mart 2025 12:58

Qəzzada müharibə cinayətləri törətdiyi iddia edilən israilliləri və dünya üzrə ikili vətəndaşları mühakimə etmək üçün “Qlobal 195” adlı beynəlxalq hüquqi koalisiya fəaliyyətə başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fələstinlilər üçün Beynəlxalq Ədalət Mərkəzi (ICJP) İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə görə cavabdehliyi təmin etmək üçün hərəkətə keçib .

ICJP direktoru Tayab Əli, müstəqil hüquqi qruplar vasitəsilə bütün dünyada müharibə cinayətlərində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər görülə biləcəyini bildirərək, “Qlobal 195” adlı beynəlxalq təşəbbüs başlatdıqlarını açıqladı.

Bu koalisiyanın məqsədi dörd qitədə fəaliyyət göstərən qlobal hesabatlılıq şəbəkəsi yaratmaqla hərbi cinayətlərdə ittiham olunanların təqib edilməsi üçün milli və beynəlxalq hüquqi mexanizmlərdən istifadə olunmasını təmin etməkdir.

O, həmçinin həbs qərarı verməyi və müharibə cinayətləri ilə əlaqəli şəxslərə qarşı hüquqi proseslərə başlamağı planlaşdırır.

“Qlobal 195” təşəbbüsü İsrail ordusu kimi hərbi hissələrdə olan yüksək vəzifəli İsrail əsgərlərini və siyasətçilərini və beynəlxalq hüququ pozanların hamısını əhatə edir . Koalisiya həmçinin bəzi ölkələrdə hərbi cinayətlərlə əlaqəli şəxslərə qarşı xüsusi ittihamlar irəli sürməyi planlaşdırır.

Bu təşəbbüslə ICJP müxtəlif ölkələrdəki hüquqşünaslar və qurumlarla əməkdaşlıq edərək, müharibə cinayətlərində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qlobal hərəkat başlatmağı hədəfləyir.

Böyük Britaniya, Kanada, Türkiyə, Norveç, Malayziya və Bosniya-Herseqovina kimi ölkələrin hüquqşünasları və vətəndaş cəmiyyəti təşkilatları da koalisiyanı dəstəkləyir.

Orxan

Gununsesi.info