Onlara qayğı dövlətin daim diqqətindədir - Cavid Osmanov

  • By admin
  • 21 İyun 2022 14:38

“Cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan dövlətinin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biri də həssas təbəqəyə aid olan insanların sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənib. Xüsusən də şəhid ailələri və qazilərimiz. Onların məşğulluq proqramlarına cəlb edilməsi, mənzil–məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb”. 

Gununsesi.info bildirir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. 

Deputat bildirib ki, cənab Prezidentin tapşırığına əsasən 2021-2025-ci illəri ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı qəbul edilib: “Postmüharibə dövründə 3500, ümumilikdə isə 11 min mənzillə təminat həyata keçirilib. Digər tərəfdən, bu zaman kəsiyində müharibə əlillərinə 200-dən çox nəqliyyat vasitəsi təqdim edilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühim addımlar atılır. Bu da onların sağlamlıqlarını bərpa etməsinə öz töhfəsini verəcək. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu tərkibə aid etmək olar”. 

C.Osmanov vurğulayıb ki, son iki ilə yaxın müddətdə cənab prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən şəhid ailələrinə, qazilərə və digər həssas qrupa aid insanlara verilən təqaüdlərin həcmi artırılıb: “Azərbaycan Prezidenti tərəfindən dövlət strukturları qarşısında qoyduğu bir nömrəli vəzifələrdən biri də həssas qrupa aid insanlara xidmətlərin ən yüksək səviyyədə göstərilməsi olub. O cümlədən onların məşğulluq təminatı problemləri də dövlətimizin yürütdüyü siyasətinin prioritet sahələrindən biridir. Cənab Prezidentin tapşırıqları əsasında sosial sahədə görülən işlər göstərir ki, onlara qayğı dövlətimizin daim diqqətindədir”. 

Gununsesi.info