Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü ötən gün vəfat edib.
Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, dünəndən bu yana sənət adamları musiqiçi ilə bağlı paylaşım edib, onun vəfatına üzüldüklərini dilə gətiriblər.
Mərasimə gələnlər arasında yalnız Xalq artistləri Firuz Əliyev, Aygün Səmədzadə və müğənni Elnur Məmmədov olub. Eləcə də dəfn mərasimində musiqiçilər yer almayıblar.
Qeyd edək ki, G.Şükürlü uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.