NATO 2022-ci ildə yeni Baş katib seçməyə hazırlaşır.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hərbi alyansın daxilində bu postu qadın namizədin tutacağı ilə bağlı konsensus mövcuddur.
Baş katib postuna mümükün namizədlər sırasında Böyük Britaniyanın eks-baş naziri Tereza Mey, Avropa Birliyinin diplomatiyasının sabiq rəhbəri Frederika Moqerini, Almaniyanın müdafiə naziri Aneqret Kramp-Karrenbauer, Litvanın eks-prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Kersti Kalyulayd və Xorvatiyanın eks-prezidenti Kolinda Qrabar-Kitaroviç ola bilər.