Onları düşmənə çevirən nə oldu?

  • By admin
  • 05 İyun 2018 15:42


“Maşın” realiti şousunda iştirakçılar arasında hər gün qalmaqal yaşanır.

Axşam.az-ın məlumatına görə, söz savaşına çıxanlar arasında ən çox diqqət çəkən ATV-nin aparıcıları Mətanət Əliverdiyeva ilə Aytən Səfərova olub. Bir vaxtlar ANS-də də birlikdə çalışan həmkarların bir-birinin ünvanına təhqirlər deməsi, Mətanətin Aytənin üstünə su tökməsi sosial şəbəkələrdə də çox müzakirə edilib.

Hətta Səfərova ilə Əliverdiyeva 106.3 FM-də birlikdə “Bumeranq” adlı verilişə aparıcılıq ediblər. Radionun kollektivi də əməkdaşlarının “Maşın” ətrafındakı davasına təəccüblənib və məyus olub. Elə buna görə də 106.3 FM-çilər Aytən və Mətanətin mehriban olduqları fotolar və videolardan ibarət çarx hazırlayaraq yayıblar.

Dost olan iki aparıcının düşmənə çevrilməsinə nəyin səbəb olduğu hər kəsi maraqlandırır. Hətta onların davasının “Maşın”dan əvvəl başladığı da deyilib. Çünki Mətanət Aytənlə birlikdə apardığı verilişdən ötən il uzaqlaşıb.

Qeyd edək ki, şou zamanı səsverməyə çıxan Aytənin qalib gəldiyi təqdirdə Mətanəti uzaqlaşdıracağı güman edilsə də, o, bu addımı atmayıb.

Gununsesi.info