Onları sərbəst buraxıblar

  • By admin
  • 07 Mart 2024 09:04

Dünən Bakı Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan III Respublika Platformasının təmsilçiləri Ruslan İzzətli və Araz Əliyev ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

Gununsesi.info bildirir ki, bu barədə sosial şəbəkə hesablarında canlı yayım açan siyasi fəallar özləri məlumat verib.

Ruslan İzzətli hər hansı qanunsuz fəaliyyətlə məşğul olmadıqlarını deyib.

Qeyd edək ki, adıçəkilən siyasi təşkilatın təsisçisi Akif Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

Onların ofisindən 30 avro vəsait götürüldüyü deyilir.

Bundan başqa “Toplum” TV-nin də bir qrup əməkdaşı saxlanılıb.

Həmin şəxslər qaçaqmalçılıq cinayətində ittiham olunur.

Gununsesi.info