Onların ƏMR ETDİYİ qanunlarla idarə edilirik: DÜNYANIN SAHİBLƏRİ – Bütün planeti onlar idarə edir / ARAŞDIRMA (FOTOLAR)

  • By admin
  • 08 Dekabr 2022 17:57
“İnsanlar özləri mükəmməl tabe olma uyumuna sahibdirlər. Beləcə, bizim əllərimiz onları idarə edər”  – Rokfeller

Pul, Güc və Təsir. Bir ailə dünyanı idarə edə, savaşları başladıb-bitirə, dövlətləri özünə möhtac edə, planetin demək olar ki, hər yerində, hər sektorunun içərisində var ola bilərmi? Bilimdən musiqiyə, mədəniyyətdən – siyasətə, mediadan-tibbə, hərbidən sənaye və bankçılığa qədər hər yerdə onlar var. Bəs, kimdir bunlar?

Gununsesi.info çoxsaylı xarici mətbuat qaynaqlarına istinadən bu önəmli araşdırmanı sizə təqdim edir.

 

Bu araşdırmamızda planeti idarə edənlərin qaranlıq sirlərini üzə çıxarmağa çalışacağıq. Rokefeller ailəsi.

Bu o ailədir ki, planetin ən mötəbər qrumunun – BMT-nin binasını öz pulu ilə inşa etdirib, o ailədir ki, aktyoru – Ronald Reyqanı ABŞ prezidentliyinə gətirib. Rokfellerlər ailəsi Amerikada iqtidar koridorlarının tapşırıq aldığı adresin adıdır. Rokfellerlər ailəsi və ya maddi gücə yetişərək neft və pul fəlsəfəsi ilə siyasəti dizə gətirmək bacarığı. 

 

 

Onlara “dünya trilyonerləri”, “dünyanın sahibləri” də, deyirlər. Əslində, bütün təqdimatlar belə onların fövqəl gücü qarşısında yetərsizdir, acizdir.  Bəs, ailə bu bəşəri gücə və qüdrətə necə yetişib? Rokfeller dərin dünya dövlətinin üzvlərindən və yaradılmasının baş memarlarındandır. Dünya iqtisadiyyatını, siyasətini, birjalarını, bankıçılığı, silah sənayesi və medianı öz iradəsi ilə dizayn edən Rokefellerlərin zənginləşmə hekayəti tarixcə tarixi 19-cu əsrin ortalarına gedib çıxır.

 

Qurucu – Con Davison Rokefeller 1863-cü ildə Amerikanın ilk neft rəfinəsini qurmuş, buradan milyonlarla dollar qazanaraq, gəlirlərini bankçılıq, maliyyə və media qurumlarına köçürmüşdür. Atası Vilyam Rockefeller fransız-alman nikahından törəyərək,18-ci əsrdə Amerikaya köçmüşdü. Qurucu Rokefellerin şirkəti 1870-ci illərdə dünya neft emalının 90 %-nə sahib idi. Neftin müharibələr əsnasında önəmini sezərək, 1882-cü ildə “Standart Oil (Trest)” şirkətini qurdu. Az sonra şirkəti Amerikanın ən böyük neft şirkətləri qrupu oldu.

 

Ata Rokefeller öldükdən sonra 912 milyon dollar- indiki pulla 189 milyar dollar buraxdı. Ondan sonra oğul Deyvid Rokefeller işi daha da inkişaf etdirərək, bir iqtisadi dünya imperiyasına çevirdi. Hələ o zamanlarda bir çoxları bilmirdi ki, bu gənc adam sonralar  Rokfellerlər və çevrəsindəkilərin əmr etdiyi qanunlarla idarə edilə biləcək bir dünya sistemi inşa edəcəkdi.

 

Dünyaya təsirindən söz düşmüşkən, Deyvid adlı çağdaş dünyamızı bu qədər şəkilləndirən birinin həyatını necə ölçə bilərik? Rokfellərin həyatını, əsərlərini, etdiklərini və özündən sonraya buraxdığı dünya tablosuna baxaq.   Deyvid 12 iyun 1915-ci ildə Mənhəttndakı 45-ci küçədə doğulub. Amerikan dövlətindən daha güclü olduğu deyilən Rokefellerlər neftdən-bankçılığa, oradan da digər sahələrə girişərək, dünyaya yayılmağa qərar verir. Ailənin dünyanın ən böyük neft şirkəti, Amerikanın ən, dünyanın isə 3-cü böyük bankına sahib olduğu deyilir.

 

 

Oğul Rokefeller Amerikada ABŞ-ı qurub-tikən adam kimi də təsvir edilir. O, 1946-cı ildə “Chase Manhatten” Bankı – az adamın gerçək adını bildiyi “Rokefeller Bankı” qurdu. Əgər dünayda bankçılıqdan söhbət edirsinizsə, Rokefellerin adını sadalamadan səsləndirəcəyiniz ən yaxşı örnəyi unutmuş olarsınız. Əbəs yerə birisinin varlılığı “Rokefeller qədər zəngin”,- deyə təsvir edilmir.

Deyvid atdığı addımlarla sərvətinə sərvət qatdı. Yazılanlara görə, təkcə birləşdirilən “JP Morgan və Chase Manhatten Bank”ın dəyəri 3 trilyon dollardır. Rokefellerlərin Nyu-Yorkda 1 trilyon dollarlıq daşınmaz-əmlakının olduğu da söyləntilər arasındadır. Bu qeyd edilən şirkətlərin ailəyə birbaşa və dolayısı yollarla aid olduğu irəli sürülür:  Fransız şərab sənayesinin yarısının da bu ailənin əlində olması, Türkiyə Mərkəzi Bankının gizli şəriklərindən olması qeyd və iddialar arasındadırAilənin Ağ Ev üçün strategiyalar hazırlanan özəl adamlarının olduğu da söylənilir.

Rokefellerin 100 milyon dollar bağışladığı Harvard Universitetinin də bu ailənin nəzarətində olduğu yazılanlar arasındadır.   Bu qədər varidata malik olan Rokefellerin təkbaşına Amerikan dövlətindən belə varlı olduğu fikirləri səsləndirilir. Əlbəttə ki, tarixdə çox az insan bu qədər böyük sərvət komissarı idi və uzantı baxımdan daha artıq güc tuturdu.  Təsviri bir az da geniş şərh edərsək, Amerikan Mərkəzi Bankının qurucularından, Amerikan pulunun-dolların sahiblərindən və onu çap edən müəlliflərindən bəhs edirik. Bu ailənin dünyadakı 5-15 trilyon pula nəzarət etdiyi irəli sürülür.

“Forbes” dərgisindəki planet milyarderləri siyahısında yer almazlar. Adlarının harada yazılmasına onlar qərar verər, dünyanı arxa pərdədən idarə etməyə üstünlük verərlər. Qurduqları Beynəlxalq Bank sistemi ilə dünya pulunun dövriyyə hərəkətini izləyirlər. Deyvid dünya bankçılıq sektorunun öncüllüyünü edən kəs kimi də, öz yerini qorumaqdadır. Ailə əllərində olan media vasitəsi ilə geniş kütlələrə öz ideologiyalarını tirajlamaqdadır. Yazılan xəbərlər onlarn nəzarətindən kənar deyil.

“Washington Post, New York Times və digər media yayımlarına minnətdarıq. Sizin köməyiniz olmadan dünya üzrə planlarımızı irəlilətmək imkansız olardı” – Rokfeller.

İqtisadiyyat dərgi yazarları və araşdırmaçılar onların maddi sərvətini dəqiq hesablaya bilmir. Məsələn, Ferdinant Lundberq 1968-ci ildə yayımlanan “The Rich and The Super-Rich” adlı kitabında 1938-ci ildəki “TNEC” şirkətinin araşdırmasına söykənərək, Rockefeller ailəsinin “Chase National Bank’ ilə Amerikanın 3 ən böyük bankından birinə sahib olduğunu, hələ o zaman $823.485.972 dollar sərvətə malik  olduğunu vurğulayır. Lakin “TNEC” ailə ilə bağlı öz hesablamalalarında Rokefeller Centə, eləcə də, bir sıra quruluş və təşkilatları nəzərdən qaçırmışdı. Təbii ki, nəhəng maddi imperiyaya, bankçılıq və sərmaye klanlığına yetişdikdən sonra dünyaya yayılmaq üçün növbəti addımların davamı gərəkdi. Məhz bu səbəblə bir dönəmin CİA başqanı Elin Dullesi də vəzifəyə gətirən Rokefellerlərdir.

 

 

Ailənin adı Amerikan Kəşfiyyat sənədlərində “R” hərfi ilə kodlanıb. Rokefeller öz yardımları ilə 1949-cu ildə Amerikan düşüncə quruluşu – “CFR”-i – Xarici Əlaqələr Komitəsini daha da genişlətdi. Ata Con Rokefeller tərəfindən qurulan siyasi düşüncə quruluşu hazırda dünya hökumətlərini təyin edən təşkilat, dünyanın kölgə hökuməti kimi də tanınır. Rokefellerlər getdikcə böyüyərək, ən böyük pərdə arxası siyasi gücü oldular. Deyvid həmin təşkilata fəxri başqan seçilib.

İllərlə dünya üzərində dərin və təsiredici nəzarətə sahib olub. Bununla bağlı “Ghanainan Times” dərgisi Rokefellerin dünyadakı siyasi hökumətləri dəyişmə cəhdi haqqında yazısında, onun Boliviya və Peruda hökumət devirmə hərəkətlərinə qatıldığını və CIA-dan şəxsi mənfəəti üçün bir bir aləti kimi istifadə etdiyini çap etmişdi.

Rokefellerlərin bu geniş təsir imkanları barəsində çoxsaylı sui-qəsd nəzəriyyələri mövcuddur.İnsanlıq tarixinə demək olar ki, paralel olmadan qərar vericilər olaraq bilinən bu üstün elitlər bütün dünyayı öz istədikləri kimi dizayn etməkdə, şəkilləndirməkdə iddialıdırlar. Öz aralarında bölüşdürmək istədikləri kimi, bir dünya. İddialara görə, şeytani təşkilatlar: “İlluminati”, qolları : “Skulls and Bones Society” , “Bohemian Grove” BG, “CFR”. “Bilderberg” və  “Trilateral Comission” (TC) də bu ailə tərəfindən qurulması gerçəkdir.

 

“Bilderberq” – Seçkinlərin- elitlərin klubudur. Dünya gündəmini bəlli etmək üçün Bilderberqdəki dünyanın əfəndiləri masa çevrəsində əyləşərək ideya və təkliflər edərlər. 1954-cü ildə Hollandiya kralı tərəfindən qurulub. Hər il toplanan qrup dünyanın ən güclü bankçılarını, şirkət başqanlarını, hökumət yetkililətini və Avropa və Quzey Amerikadan kraliyyət ailəsini bir araya gətirdi. Dünya məsələlərini ildə bir dəfə görüşən və dünyanı dizayn etməyə çalışan təşkilat olduğu irəli sürülür.

 

Onlara “planet düşmənləri” , “Yer üzünün dəccalları” deyənlər də, var.  Müəmmalı şəkildə ödürülən alman journalist Udo Ulfkotte “Satılmış Jurnalistlər” kitabında “Bilderberq”-in 1977-ci ildəki Qərbi Almaniyadakı toplantısına Rokefellerin də qatıldığını və onu o zamankı Kanslerlik binasında dönəmin Almaniya Baş naziri Helmon Şmidtin qəbul etdiyini yazmışdı. Dünya Bankı ehtiyac duyduğu pul və kreditin ən önəmli mənbəyi olaraq, Rokefeller ailəsinə aid şirkətlər və banklara müraciət etməkdədir. Bankın qurulmasında etibarən səlahiyyət alan Mək Loy, Yucen Bleyk, Corc Luds və son zamanlarda təyinat alan Volfenson Rokefellərlərin ailəsinin əlindəki “Chase Manhattan Bank”da çalışmışdılar.

 

Dünyanın ən önəmli maliyyə qurumu olan Beynəlxalq Valyuta Fondu da bu ailənin təşəbbüsü və səyləri əsnasında qurulub(1994). Yazar Kristian Sayəns “Monitor” qəzetindəki yazısında Rokefelleri “Bütün dünyada sözü eşidilən iş adamı” kimi təqdim etmişdi. Gördüyünüz kimi, dünyanın taleyini düyməyə bir basımı ilə dəyişdirə bilən ailə nəzarətçil bir güc ilə qlobal iqtisadiyyata diqtə edir.

 

 

Şotland filisof Adam Smith də 1979-cu ildə yazdığı “Millətlərin Zənginliyi” kitabında dünyadakı görünməz əldən, onun öz var-dövlətini zəmanət altına almaq və böyümək üçün atdığı addımları nəzəriyyəsinə almışdı. Bu ailənin fövqəl gücü onu anlamaq istəyən beyinləri dondura bilmək iqtidarındadır. Onun bu astronomik gücündən dolayı, kölgələrə belə təsir edə bilən manipulyator adlandırırlar. Dünya dərin dövlətinin baş rejissorlarından olduğu söylənilir.Dünyanın maliyyə gücləridir.

 

Dünya kapitalizminin baronları olan Rokefellerlər xanədanlığı iddialara görə, Rotşildlərlə bərabər “İlluminati”nin təpəsindən yer alan iki ailədən biridir. Bu iddialar arasında bu gücün ölkə dövlətlərinə qarşı zərbələr etmək, kontur gerilla hərəkatı, Qladiyo, terror taktikası və çevrilişlər də daxildir.

 

 

Sui-qəsd nəzəriyyəçiləri öz fikirlərini yaşanan siyasi hadisələr, savaşlar və böhranlardan karlı çıxanların onlar olması və yayılımçı strategiyaları ilə əlaqələndirirlər. Sui-qəsd nəzəriyyəçiləri örnəkləri arasında Rokefellerin də etiraf etdiyi Körfəz, İraq,Vyetnam, Əfqanıstan müharibələrini, İran Şahının Devrilməsində rol aldığını nümunə gətirirlər. Ailəyə yaxınlığı ilə tanınan yəhudi film prodüseri Edin Russo 11 sentyabr hadisələrinin də Rokefeller ailəsi tərəfindən gerçəkləşdirildiyini söyləmiş, sonrasında ölmüşdür. Rokefellerin oğlu ilə Amerikada bir sinifdə oxuyan SSRİ rəhbəri Boris Yelsinin də ailə tərəfindən vəzifələndirildiyi, dəstəkləndiyi irəli sürülür.

 

“Dünya İmperiyası” və “Yeni Dünya Nizamı” adlanan terminləri də ilk dəfə Deyvid Rokefeller dünyaya tirajlamış, açıqlamaları ilə bir anda manşetlərə mövzu olmuşdu. Onun astronomik var-dövləti, lüks həyatı filmlərə belə səhnə oldu, haqqında kitablar yazıldı. Çünki Rokefeller sərvəti ilə öldükdən sonra belə bütün zamanların ən varlı insanı ünvanını daşıyır. Az qala, bir planeti belə almaq imkanında olan pul baronu olan bu ailə bütün dünyaya göz dikib. Dünya politikasına yön verən adam kimi tanınan Rokefellerlərin gücünü ən yaxşı, trilyonerin mətbuata verdiyi və “Əsrin etirafları” adlanan fikirləri təsvir edər deyib, həmin hissəyə keçirəm.

Rokefeller həmin müsahibəsində dünya ölkələrindəki siyasi sistemin CİA-nın əli ilə necə dəyişdirilməsindən bəhs edib: “Əlcəzair, Çad, Qvatemala, Çili, Braziliya, Dominikan, Somali, Panama, El-Salvador, Boliviya, Ekvador, Peru, Uruqvay və Anqolada baş verən inqilab planları bizim əlimizlə gerçəkləşdirildi. Dünyadakı 5 milyard insan ya bizə kölə olacaq, ya da savaş içərisində qalacaq. Əgər yaşamaq istəyirlərsə, bizə xidmət etmək məcburiyyətindədirlər. Dünyanın hər bir nöqtəsi bizim nəzarətimiz altındadır. Biz – İEÖ-lər hər keçən gün daha da zənginləşirik. İkinci dünya ölkələrinin isə iqtisadiyyatı çökdürülür, xalqı uydurma döyüşlər və hadisələrlə səfalətə sürüklənir”.

Dünyadakı bütün iqtidar seçimlərində siyasətçilər üzərində önəmli təsirləri var. İqtisiyyatlara hökm edən pul baronları kukla hökumətlər və kölə toplumlar yaratmaq üçün qaranlıq ssenarilər yaradırlar.

Dünyada bir vaxtlar geniş yayılan Zika virusu da Rokfeller fondu tərəfindən patentləşdirilib. Tibbi manipulyasiya kimi 2017-ci ildə dövriyyəyə buraxıldığı iddia edilir. Gümüşün tibbi əlaclar siyahısından çıxarılmasında da Rokefellerin əli olduğu iddia edilir (Onedio.com). 450 cür bakteriyanın DNT-sini pozaraq yox edə bilən tək element olan gümüş vücudumuzdakı sağlam hüceyrələrin tez parçalanaraq, çoxalmasını təmin edən və dövrümüzdəki bir çox xəstəliyin çarəsidir.

 

Orqanları çürüməyə başladıqda həkimin ona “80 yaşından sonra bir şəxsə orqan köçürülməsi risklidir” məsləhətinə “Soyadınız Rokfellerdirsə, 120 yaşında da ürək köçürməsi edə bilərsiniz. Çünki tibb qanunları Rokfellerlər üçün keçərli deyil”, – cavabını vermişdi. 6 dəfə ürək, 3 dəfə böyrək, 2 dəfə qara ciyərini, dəfələrlə isə damarlarını yenilədən, özünü CFR-in dünya hökumətlərini təyin edən təşilatın başqanı olan Rokefeller öz nitqində vurğuladığı kimi, hökumətlər gətirib hökumətlər devirsə, ölkələr yıxsa da, ölümə qalib gələ bilmədi və 20 mart 2017-ci ildə ürək yetməzliyi səbəbindən 101 yaşında “Nyu-York”da bəşəriyyətə və sərvətlərinə vida etdi.

 

Həyatı və çalışmaları ilə Deyvid istədiyi zənginlərin dünyasını qurdu. Pul-parası ilə dünyanın seçkinlərini-elitlərini bir araya topladı. O, müqayisələrin və qarşılaşdırmaların ötəsindən zəngin, yazıqsanmayan bir acımasız xarekter, həm də öz çıxar qazanımlarına bağlı olan pul ustasıdır. “200 yaşımı görmək istəyirəm” desə də, nəticədə, planetdəki hər kəsi eyni valyuta, dini və fəlsəfə altında birləşdirmək hegemoniyası arzusuna tam yetirə bilmədi və dünyaya gəldiyi kimi də, dünyadan ayrıldı – cibləri boş və tək bədənlə.

 

SONLUQ:

Pul insanların cəhalətidir. Əgər insanlar yalnız pulla rahat edirlərsə, o zaman, onları nəzarətdə saxlamaq asan olacaq. Birilərinin qaranlıq ssenarilərlə qurduğu pul hərisliyi hegemoniyası həm də, bizim bilgisizlik cəhalətimizdən dolayı gerçəkləşəir. Cəhalət çalışma əksikliyi və oyanmağı buraxmayan şeydir, sanırıq..

Bu elit qruplar dünyayı kontrol edənlərdir. Artıq bütün pullara sahib olduqları üçün heç bir şey etmirik. Bizi əyləndirmək üçün oyuncaqlar düzəldər, texnikalar istehsal edər, texnologiya xəstəsi bir nəsilin yetişməsinə səbəb olarlar. Futboldan, musiqiyə, iqtisadiyyatdan-sənayə, silahlardan-tibbə qədər onların hər yerdə ola bilməsi, bizim 21-ci əsrdə yaşayan beyin sahibləri olma bacarığımıza şübhə ilə yanaşmağa əsas verir. Bildiyimiz qədəri ilə, qos-qoca dünyada özlərini, bütün sahələri bir neçə ailəyə qapdıran bizimki kimi cahil nəsil olmayıb. Oyanıb çölə, bayıra çıxmaq, dünya toplumuna qarşı qurulan kirli dəzgahlara qarşı zəka balonumuzdan yüksəklərə qalxaraq baxmaq gərəklidir.

 

Arzu Sayadoğlu

Gununsesi.info