Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklə 2023-cü ildən 5 il müddətinə işğaldan azad edilmiş ərazilərimizdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə münasibətdə əmək miqrasiyası kvotası tətbiq edilməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
Xidmət rəisi qeyd edib ki, bu ərazilərdə çalışan əcnəbilərin iş icazəsi 1 il deyil, 2 ilədək müddətə uzadılacaq və müraciətlərə baxılma müddəti daha qısa (5 iş günü) olacaq.
Gununsesi.info