“Onların övladlarının gözünün içinə baxa bilmirəm”

“Məhərrəm İbrahimov və Sirac Abışovun övladlarının gözünün içinə baxa bilmirəm”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

“Şəhid jurnalistlərin övladları haqlı olaraq sual verirlər ki, əllərində silah olmayan insanlar niyə şəhid olmalı idi? Hadisədən 2 ildən çox zaman keçib, lakin bir beynəlxalq təşkilat bununla bağlı məsələni hüquqi müstəviyə qaldırmayıb”, – deyə AzTV sədri qeyd edib.

Xatırladaq ki, jurnalistlər 2021-ci ildə Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuşdular. Sirac Abışov Azərbaycan Televiziyasının operatoru, Məhərrəm İbrahimov isə “Azərtac”ın əməkdaşı idi.

 

 

Gununsesi.info