“Onların Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür”

  • By ilhame
  • 26 Sentyabr 2023 21:39

“Biz hamımız Azərbaycan ordusunun uğurları ilə qürur duyuruq. Şəhid qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm. 30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, onların Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür. Mülki insanlara qarşı həssaslıqda olduqca böyük səylər göstərilib”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

“Ümid edirik ki, Ermənistan xarici təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik.Türkiyə ilə dost olan qazanır, Türkiyəyə düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq”, – Türkiyə lideri əlavə edib.

Gununsesi.info