Onların vəkillik fəaliyyəti bərpa edildi - ANAR BAĞIROVDAN AÇIQLAMA

  • By admin
  • 05 May 2021 18:27

 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti fəaliyyəti qadağan edilən iki məşhur vəkillə bağlı müsbət qərar qəbul Edib.

Gununsesi.info-nun xəbərinə görə, bunlar Şəhla Hümbətova, İradə Cavadova və Türkel Süleymanlıdır.

Məlumata görə, hər iki vəkillə bağlı qərar Kollegiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında verilib.

Saytımıza açlıqlamasında xəbəri təsdiq edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov  bildirib ki, hər iki şəxsə qarşı humanizm prinsipləri əsas götürülüb.”Qarşıda Ramazan Bayramının gəlişini nəzərə alaraq belə bir humanist qərar verildi. Vəkillər Kollegiyası bununla həm də heç kəsə qarşı qərəzli olmadığını ortaya qoymuş oldu”.

Qeyd edək ki, Azərbaycanda vəkillik fəaliyyəti dayandırılan şəxslərdən biri də Yalçın İmanovdur.

Ümid etmək olar ki, gələcəkdə bu cür qərar onun barəsində də qəbul olunacaq.

 

Elmar

Gununsesi.info