Onlarla amerikalı neftçi İraqı tərk edir

  • By admin
  • 03 Yanvar 2020 21:41

Gununsesi.org xəbər verir ki, ABŞ hava zərbəsi ilə İran generalını İraqda öldürüldükdən sonra İraqın cənubundakı Bəsrə bölgəsində xarici neft şirkətlərində çalışan onlarla ABŞ vətəndaşı ölkəni tərk edib.

İranın elitar Qüds Korpusunun komandanı General Qasim Süleymani və İraq milis komandiri Əbu Mehdi əl-Mühəndisinin öldürülməsinin ardınca ABŞ-ın Bağdaddakı səfirliyi bu zonadakı bütün Amerika vətəndaşlarına İraqı dərhal tərk etməsini tövsiyə edib.

İraq rəsmiləri bildirir ki, evakuasiya əməliyyat, istehsal və ya ixraca təsir etməyəcək. Şirkət işçilərinin ölkəni tərk etməsi öncədən gözlənilirdi.

Reuters araşdırmasına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ikinci ən böyük istehsalçı olan İraqda neft istehsalının günlük həcmi 4,62 milyon barrel olub.

Bəsrə yaxınlığında yerləşən nəhəng Rumeyla neft yatağını işlədən BP şirkətinin nümayəndəsi şərh verməkdən imtina edib. Rumeyli aprel ayından bəri gündəlik 1,5 milyon barrel neft istehsal edib.

İtalyanın ENİ enerji qrupu bildirib ki, keçən il İraqın Zübeyr neft yatağında gündəlik hasil edilən neftin həcmi gündəlik 34 min barrel olub. ENİ qrupu İraqdakı vəziyyəti yaxından izlədiyini qeyd edib.

İraqın şimalındakı Kürdüstan muxtar bölgəsində neft istehsal edən Genel əməliyyatlarının normal şəkildə davam etdiyini söyləyib. Şirkət heç bir kadr dəyişikliyi barədə açıqlama verməyib.

 

Gununsesi.org