Brüsseldə və Belçikanın mərkəzi Vallon Brabant əyalətində 30-a yaxın məktəb bomba təhlükəsi ilə bağlı xəbərlərə görə bağlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Valoniya və Brüssel üzrə Təhsil İdarəsinin (WBE) yaydığı məlumatda deyilir.
Noyabrın 26-da axşam saatlarında bir neçə təhsil müəssisəsinə bomba hədəsi gəlib.
Təhlükəsizlik məqsədilə noyabrın 27-də bu təhsil müəssisələrində dərslərin və tələbə qəbulunun dayandırılması qərara alınıb.
WBE-nin mövcud vəziyyətlə əlaqədar səlahiyyətli orqanlarla əlaqə saxladığı bildirilir.
Qeyd olunur ki, gün ərzində məktəblərdə vəziyyətin qiymətləndirilməsi aparılacaq.
Gununsesi.info