Onlayn media dəstəyi müsabiqəsinin nəticələri açıqlanıb – “Gününsəsi”-də qaliblər sırasındadır

  • By Admin2
  • 01 İyul 2026 14:06

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətlərinin təkmilləşdirilməsinə dəstək məqsədilə elan edilən müsabiqənin nəticələri ictimaiyyətə təqdim olunub.

Gununsesi.info xəbər verir ki, müsabiqə çərçivəsində seçilən layihələr onlayn medianın institusional imkanlarının artırılması, rəqəmsal mühitdə daha dayanıqlı fəaliyyət göstərməsi və cəmiyyət üçün əhəmiyyətli məlumatların hazırlanması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə xidmət edir.

Qalib gələn media subyektləri dövlət və ictimai əhəmiyyət daşıyan mövzularda yeni layihələr həyata keçirmək, redaksiya potensialını gücləndirmək və rəqəmsal jurnalistikanın keyfiyyətini yüksəltmək imkanı əldə ediblər.

Sözügedən online media subyektlərinin siyahısını təqdim edirik: