Onu çəkmək istəyən fotoqrafı avtomobili ilə vurdu - FOTO

  • By admin
  • 28 İyul 2017 15:40

06

Dünya konsert turu çərçivəsində 14 konsertini ləğv edən kanadalı məşhur pop ulduz Custin Bieber paparassilərdən qaçmağa çalışarkən idarəetməni itirib və avtomobili ilə fotoşəkillərini çəkmək istəyən fotoqrafı vurub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin hadisə başqa bir jurnalist tərəfindən lentə alınıb.

Belə ki, kanadalı müğənni qəza zamanı dizindən xəsarət alan 57 yaşlı fotoqrafı dərhal xəstəxanaya aparıb.

Hazırda fotoqrafın həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, hadisə yerinə gələn polis gənc popçunun ifadəsini alındıqdan sonra sərbəst buraxıb.

Anar
Gununsesi.info