Onu min parçaya bölməsək… – Soylu vəhşicəsinə öldürülən türk vətəndaşlarından danışdı

  • By admin
  • 14 Fevral 2021 19:36
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Qarada vəhşicəsinə öldürülən 13 türk vətəndaşından 10-nun şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra sosial media hesabında sərt sözlər yazıb.

Gununsesi.info xəbər verir ki, 13 nəfərin alçaqcasına şəhid edildiyini vurğulayan Soylu bu xəyanətdən sonra PKK-ya bəraət qazandırmağa çalışanların hələ də olduğunu vurğulayıb.

“Murad Qarailanı tutub min parçaya bölməsək, bu millət və şəhidlərimiz bizi bağışlamasın. PKK ilə eyni açıqlamalar verməkdən utanmayan, eyni yalanları iddia edən yüksək vəzifəli şəxslər var. Övladlarımıza və onların ailələrinə yaşatdıqları hər şeyin hesabı soruldu, bundan sonra da qisasları alınacaq”, – S.Soylu əlavə edib.

Gununsesi.info