“Onu yazan qələt edir” - BAŞ NAZİRİN MÜAVİNİ

  • By admin
  • 09 Sentyabr 2017 12:42

abid_serifov_esas

Xəbər verdiyimiz kimi “Yeni Müsavat” qəzeti bakıda işləyən AA seriyalı taksilərin baş nazirin müavini Abid Şərifova məxsus olduğu haqda məlumat yayıb. Bildirilir ki, bu taksilərin hamısının nömrəsi 55-dir və 55 isə Şəki nömrəsidir.

Məsələ həm mətbuatda, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, Modern.az saytının əməkdaşı baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayaraq, ondan xəbərə münasibət öyrənməyə çalışıb. Amma Abid Şərifovun xəbərə reaksiyası çox sərt olub. Jurnalistə acıqlı tonda cavab verən Abid Şərifov bu haqda yazılanlara və xəbər yayanlara hiddətlənib. “Onu yazan da, söyləyən də qələt edir”,- deyə əsəbiləşən Abid Şərifov telefonu qapadaraq, digər sualları cavabsız buraxıb.

Gununsesi.info