
Afrikanın mzansi bölgəsindəki bir yanacaq doldurma mərkəzində çəkilən görüntülər sosial medianın gündəminə yerləşdi. Avtomobili üçün benzin aldıqdan sonra ödənişi şüşədən fırladaraq tullayan sürücünün bu hərəkəti etirazlara səbəb olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yanacaq doldurma işçisi isə bu durumdan sonra göz yaşlarına hakim ola bilməyib və yerə əyilərək pulları toplayıb.
Benzin çənini doldurduqdan sonra işçi qadına qarşı edilən bu hərəkət sosial mediada etirazlara səbəb olub. İstifadəçilər qadına edilən bu davranışa narazılıqlarını bildiriblər.
“Bir dəqiqə içində gördüyüm ən lazımsız pislik bu olmalı”, -deyə bir nəfər yazıb. Digər birisi isə “Həyatımda izlədiyim ən acı verici şey idi” – cümləsinə yer verib.
Tərcümə: Arzu Sayadoğlu