Onun çamadanında timsah kəlləsi tapılıb

Hindistanın paytaxtı Yeni Dehlidə hava limanının gömrüyündə turistin çamadanında “timsah kəlləsi” tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, kanadalı turist saxlanılıb.

Hava limanı gömrüyündən verilən açıqlamada bu ifadələr yer alıb:

“Müayinə zamanı təxminən 777 qram ağırlığında timsah balasının çənəsinə bənzəyən, iti dişləri olan kəllə sümüyü parçaya bükülmüş halda aşkar edilib”

Meşə və Vəhşi Təbiət Bölməsi araşdırmalar nəticəsində kəllənin Hindistanın Vəhşi Təbiəti Mühafizə Aktı çərçivəsində qorunan növə aid olduğunu açıqladı.

Orxan Saffari

Gununsesi.info