ABŞ-nin 81 yaşlı prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden ərinin ikinci müddətə seçilmək üçün çox qoca olması fikri ilə razılaşmadığını deyib.
Gununsesi.info xəbər verir ki, o bu barədə MSNBC-yə müsahibəsində danışıb.
“Onun yaşı bir dəyərdir. Onun müdrikliyi, təcrübəsi var, hər bir dünya liderini tanıyır”, – Cil Bayden bildirib.
ABŞ-nin birinci xanımı əlavə edib ki, əri tarixin indiki məqamında iş üçün uyğun insandır.
Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Onun yaşına görə yenidən seçilib-seçilməməsi ilə bağlı mübahisələr həm Respublikaçılar, həm də Demokratlar arasında intensivləşir. Baydenin bəzi partiya üzvləri açıq şəkildə onu seçki kampaniyasında sonrakı iştirakdan imtina etməyə çağırırlar. 2029-cu ildə mümkün ikinci prezidentlik müddətinin sonunda Baydenin 86 yaşı tamam olacaq.
Gununsesi.info