
Rusiyalı model İrina Şeyk müsahibə verib.
Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, ana olduqdan 6 ay sonra podiumlara qayıdan İrina yaradıcılığından bəhs etsə də, şəxsi həyatından danışmaq istəməyib.
O, türk fotoqraf Mert Alaşla dostluğu ilə bağlı bunları deyib: “Onu çox yaxşı tanıyıram. Onunla işləyəndə özümü gözəl və seksual hiss edirəm. Dünyanın ən şirin insanıdır. Anasını da tanıyıram. Ümumiyyətlə, ruslarla türklər bir-birimizə çox bənzəyirik. Bir şeyi etmək istəyiriksə, onu mütləq edəcəyik”.

Gununsesi.info












