OPEC-ə yeni sədr seçiləcək

  • By admin
  • 03 Yanvar 2022 09:15

Bazar ertəsi günü Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xüsusi iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, iclasın gündəliyindəki yeganə məsələ qurumun yeni sədrinin seçilməsidir.

Yeni sədr fəaliyyətdə olan Məhəmməd Barkindonu avqust ayından etibarən əvəz etməlidir.

Siyahıda cəmi bir namizədin – Küveytin nümayəndəsi Haysam əl-Qaysın adı var. O, 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub.

Gununsesi.info