OPEC-in növbəti iclası mayın 25-də keçiriləcək

  • By admin
  • 30 Noyabr 2016 21:48

opek

OPEC-in növbəti iclası mayın 25-də, Avstriyanın paytaxtı Vyanada keçiriləcək

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın bu gün keçirilmiş 171-ci iclasında qərar qəbul olunub.

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

Neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək. Razılaşma altı ay müddətinə,  bir ilə qədər uzadılması mümkünlüyü ilə imzalanıb.

Gununsesi.info