OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər

  • By admin
  • 28 Sentyabr 2016 23:03

opec

OPEC ölkələri nümayəndələri neft hasilatının dondurulmasına dair konsensusa nail olublar.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Reuters”-ə diplomatik mənbə bildirib.

Mənbənin bildirdiyinə əsasən, orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.

Bildirilir ki, bununla bağlı kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.

 

Gununsesi.info