OpenAI ChatGPT-də reklamları test etməyə başlayır.
Bu barədə Gununsesi.info Forbes-ə istinadən məlumat verir.
Bildirilib ki, OpenAI bu il ChatGPT platformasında reklamların sınaqdan keçirilməsini planlaşdırır.
Reklamlar pulsuz və aşağı qiymətli “ChatGPT Go” abunə planlarında göstəriləcək, Plus, Pro, Business və Enterprise istifadəçiləri isə reklamsız xidmətdən yararlanacaq.
Bildirilib ki, reklamlar cavablardan ayrı və aydın şəkildə işarələnəcək, süni intellektin verdiyi cavablara təsir göstərməyəcək. Şirkət bu addımın daha geniş istifadəçi kütləsi üçün xidmətləri əlçatan saxlamaq məqsədi daşıdığını açıqlayıb.
Qeyd olunur ki, test mərhələsi yaxın həftələrdə ABŞ-da başlayacaq və istifadəçilərin yazışmaları reklamverənlərlə paylaşılmayacaq.
Günay










