Opera müğənnisi 19 qadına təcavüz etməkdə ittiham olunur

Daha 11 qadın ispan opera müğənnisi Plasido Dominqonu onlara qarşı cinsi təcavüz etməkdə ittiham edib.

Gununsesi.org-un məlumatına görə, bu, “Associated Press” nəşrinin hazırladığı araşdırmanı yayımladıqdan üç həftə sonra baş verib. Daha əvvəl yeddi müğənni və bir rəqqasə Dominqonun onlara qarşı cinsi təcavüz etdiyini danışmışdı.

İttihamların 1980-ci illərə aid olduğu bildirilir. Güya ki, Dominqo qadınları sinəsindən tuturdu və bu səbəbdən onlar özlərini alaçaldılmış hiss edirdi.

Bundan əlavə, müğənni qadınlara əl vurmaqda, gecələr onlara zəng etməkdə və dodaqlarından öpməyə cəhd göstərməkdə ittiham olunub.

Tenor ünvanına səsləndirilən ittihamları rədd edib.

Gununsesi.org