Operativ Qərargah 10 şəhər və rayonun sakinlərinə evdə qalmağı tövsiyə edib

  • By admin
  • 06 Noyabr 2020 15:23

Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının sakinlərinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, müraciətdə deyilir:

“Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır”.

Gununsesi.info