Operativ Qərargah: “Formula-1”-lə bağlı hələ qərar yoxdur

  • By admin
  • 14 Mart 2020 11:38

“Karate yarışı ilə bağlı tədbir ləğv olunub. Bakıda keçiriləcək “Formula-1” ilə bağlı hələ qərar yoxdur”.

Gununsesi.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, vəziyyətə uyğun olaraq “Formula-1” ilə bağlı qərar qəbul ediləcək: “Formula-1″ yayda keçirilməlidir. O dövrə qədər vəziyyətdən asılı olaraq qərar qəbul ediləcək”.

Gununsesi.org