Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 155 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3862, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 852 nəfərdir.

HTML tutorial

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 609 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 113 671 təşkil edir.

Gununsesi.info