Operativ Qərargah yoluxma sayı ilə bağlı MƏLUMAT YAYDI

  • By admin
  • 14 Noyabr 2021 19:15

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 422 yeni yoluxma faktı qeydə alınıb, 2 181 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 560 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 522 431 nəfər müalicə olunaraq sağalıb, 7 445 nəfər vəfat edib. 30 977 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 807, bu günə qədər isə ümumilikdə 5 360 316 test icra olunub.

Gununsesi.info