Oqtay Əsədov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri ilə görüşüb Böyüt A

  • By admin
  • 28 İyul 2017 17:28

oqtay

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, O. Əsədov Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən birinin ABŞ olduğunu xatırladıb.

Milli Məclis sədri Azərbaycanın ABŞ ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu və 25 ildir ki, ikitərəfli münasibətlərin daim inkişaf etdiyini söyləyib: “Ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə ABŞ-ın yanındadır”.

Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparıldığı görüşdə O. Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Arizona ştatının Azərbaycana verdiyi dəstəyə və Arizona Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul etdiklərinə görə təşəkkürünü bildirib.

Arizona ştatının Nümayəndələr Palatasının sədri C. Mesnard Arizona ştatının bir sıra sahələrdə, o cümlədən iqtisadi sahədə Azərbaycanla əlaqələrin inkişafında çox maraqlı olduğunu bildirib. C. Mesnard ölkəsinə döndükdən sonra Azərbaycandakı əlverişli investisiya mühiti barədə məlumat verəcəyini və ABŞ-ın yüksək texnologiyalar sahəsində çalışan şirkətlərinin Azərbaycanla əməkdaşlıq edəcəklərinə əmin olduğunu bildirib.

Sonra görüşdə hər iki tərəfi maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.