Oqtay Əsədov parlamentdən çağırış etdi - "ONLAR AZƏRBAYCAN XALQINA XAS OLAN İNSANLAR DİLLƏR"

  • By admin
  • 03 Aprel 2018 12:36

“Avropadakı  azərbaycanlıların apardığı söyüş kampaniyası ilə bağlı həmkarımız Siyavuş Novruzov KİV-ə müraciət etmişdi və biz  də bu məsələ ilə bağlı öz mövqeyimizi ortaya qoymuşuq”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, siyasi mübarizə siyasi əxlaq və intellektual səviyyədə aparılmalıdır: “Kimsə, kiminsə mövqeyi, hakimiyyətin mövqeyi  ilə razı olmaya bilər. Lakin kiminsə kimisə təhqir etməsinə yol vermək olmaz. Bu siyasi əxalqsızlıqdır”.

Daha sonra çıxış edən deputat Eldar İbrahimov  söyüş kampaniyasından istifadə edənləri erməni dəyirmanına su tökməkdə ittiham edib. O əlavə  edib ki, hökumətin səhvi ola bilər, bizim də qüsurumuz ola bilər:

“Bununla bağlı  tənqid ola bilər, təhqir yol verilməzdir. Biz bunu qətiyyətlə pisləyirik. Müxalifətçilik söyüşlə olmaz”. 

Sonra çıxış edən deputat Ağacan Abıyev isə deyib ki, bu gün xaricdən maliyyələşən bəzi şəxslər sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Deputat hesab edir ki, Azərbaycan belə insanlardan imtina etməlidir:

“Onlar Azərbaycanın adından danışırlarsa inkişafdan, görülən işlərdən danışsınlar”.

Ağacan Abiyev deyib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Bu inkişafı görən insanlar Azərbaycan haqqında belə sözlər danışırlarsa, deməli onlar azərbaycanlı deyillər. Biz onlardan imtina etməliyik. Onlar öyrədilmiş, aldadılmış insanlardır. Sosial şəbəkələrdəki bu danışıqlar Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Azərbaycanın çörəyini, yeyən havasını udan şəxslər hesab edirəm ki, belə danışmamalıdır”.

Daha sonra çıxış edən deputat Hikmət Babaoğlu deyib ki, bu qlobal imperalizm Azərbaycan dövlətçiliyinə qarşı hücumudur:

“İmperializm qüvvələri bunu xarici ölkələrdə sınaqdan çıxardıqdan sonra bunu Azərbaycan daxilində ttəbiq etmək istəyirlər. Ona görə də buna qarşı beynəlxalq hüquq müstəvisində aprılmalıdır. Azərbaycan Avropa Şurasının üzvü olduğun  üzərinə bir sıra öhdəliklər götürdüyü kimi, başqa ölkələrin də  Azərbaycanın daxili işlərinə müdaxiləsinə imkan verməmək istiqmaətində fəaliyət göstərməlidir. Diplomatlarımız beynəlxalq hüququa uyğun olara bu şəxslərə qarşı hüququ müstəvisində mübarizə aparmalı və  onların məsuliyyətə cəlb olunmasına çalışmalıdır”.

O eyn zamanda əlavə edib ki, milli informasiya təhlükəsizliyimiz təmin etmək məqsədi ilə transmilli korparasiyaalrın məlumatlarının ölkəmizdə yayılmasına qarşı filtirizasiya qoyulmalıdır.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu şəxslər  Azərbaycanın milli-mənəvəi dəyərlərinə aidiyyatı olmayan insanlardır: “Xaricdə yaşayan və Azərbaycana qarşı iş aparan bəziləri azərbaycanlı deyillər. Onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər. Xalqımız mərddir, mənəviyyatı olan xalqdır”.

Spiker bildirib ki, belə adamlar xalqa məxsus mənəvi dəyərlərdən uzaqdırlar: “Deputatlar bununla bağlı fikirlərini mətbuatda, televiziya vasitəsilə çatdıra bilərlər”.

Mürtəza 

Gununsesi.info