Oqtay Əsədov: “Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb”

  • By admin
  • 24 Noyabr 2016 16:29
oqtay-asadov
Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Oqtay Əsədov Sankt-Peterburqda  Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib.
O.Əsədov bildirib ki, iqtisadi münasibətlər sürətlə inkişaf edir və bunun üçün güclü hüquqi baza var:  
“İndiyədək iki ölkə arasında 200-dən çox ikitərəfli sənəd imzalanıb və bu sənədlərin imzalanması ölkələrimiz arsındakı hərtərəfli inkişafın təmin edir”.
MM-in sədri onu da əlavə edib ki, Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox şirkət fəaliyyət göstərir:
“Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır”.
O. Əsədov hər iki ölkə xalqlarının rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin daha sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Mürtəza 
Gununsesi.info