Oqtay Əsədov: “Bizdə baxıcılıq dəb halını alıb”

  • By admin
  • 17 Mart 2017 17:50
oqtay
“Bəzi deputat həmkarlarım  sanki prezident səlahiyətini icra etməklə vitse-prezident təyin etməklə məşğuldurlar”.
Gununsesi.info xəbər verir ki. bunu  Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Yevda Abramov deyib.
Onun sözlərinə görə, bəzi deputatalar mediada açıqlamasında yazırlar ki, aprel ayınadək  Azərbaycanda 6 vitse-prezidenti olacaq. “Biz onu bilə bilmərik. Adları hallandırırlar, məqsədli şəkildə edirlər”.
O bildirib ki, bu cür informasiyaların əsası yoxdur: “Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Belə olmaz”.
Milli Məclisin sədri Oqtay Əsədov da deputatın fikrinə şərh verib: “Düzdür, vitse-prezidentlərlə bağlı proqnozlar verirlər. Son vaxtlar bizdə baxıcılıq dəb halını alıb”.
Mürtəza
Gununsesi.info