Oqtay Əsədov: “Səttar müəllim bizim nə ixtiyarımız var ki…”

  • Müəllif: admin
  • 07 Aprel 2017 16:16
settar oqtay
“Bankların yaratdığı süni maneələr Həmkarlar İttifaqına  vətəndaşlara yardım etməsinə ciddi maneçilik yaradır”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Həməkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, Həmkarlar İttifaqının  yardımları  vergiyə cəlb olunan vəsait olmasa da, biz banklarda pul götürüb bizə yardım üçün müraciət edənlərə yardım edə bilmirik.
“Bizə respublikanın bütün rayonlarından yardım üçün minlərlə müraciət olunur. Ancaq banklarda  pul götürmək  problem olduğundan biz bunu edə bilmirik. Bizdən yardım edəcəyimiz şəxsin kredit kartının və ya bank kartının nömrəsi tələb olunur. Axı mən nəbilim vətəndaşın kartının nömrəsini. Haradan öyrənim. Biri Qarabağ veteranıdır müalicə olunmaq istəyir, biri Gədəbəydən zəng edib və ya müraciət edir xəstəsini Bakıda müalicə etdirmək üçün… Deyim ki, zəhmət olmasa  kredit kartınızın nömrəsini verin… Belə olmaz axı.. Bir daha deyirəm ki, bizim vəsait vergiyə cəlb olunmadığında ona belə maneçilik yaratmağa nə ehtiyac var. Buna aydınlıq gətirilməlidir. Məslən biz  əvvələr poçt vasitəsi ilə biz müraciət edədn pul göndərirdik və oda heç bir problem olmadan yardımı alırdı. Ona görə bir daha deyirəm aidiyyatı qurumlar buna bir aydınlıq gətirməldiri. Bu halı aradan qaldırılmalıdır”- deyə, S. Mehbalıyev bildirb.
Bunma cavab olaraq Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Səttar müəllim bizim nə ixtiyarımız var ki, Həmkarlar İttifaqınaın müraciətinə cavab verməyək.
Mürtəza
Gununsesi.info