Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

  • By admin
  • 19 Noyabr 2019 18:57

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.

Gununsesi.org-un məlumatına görə, bu barədə onun oğlu Təbriz Gülaliyev öz “Facebook” hesabında məlumat verib.

“Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, – deyə o qeyd edib.

Qeyd edək ki, O.Gülalıyev Türkiyənin “Avrasiya” Klinikasında müalicə olunurdu.

O, oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.

 

Gununsesi.org