Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

  • By admin
  • 01 Noyabr 2019 13:19

Oktyabrın 29-da piyada xəttindən keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb.

Gununsesi.org-un verdiyi xəbərə görə, O.Güləliyev əməliyyat oldunduğu “City Hospital”dan çıxarılaraq Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Onun səhhəti ilə bağlı belə bir qərarı həkimlər veriblər. O. Gülalıyevin müalicəsi bundan sonra NX-da davam etdiriləcək.

“City Hospital”dan əvvəl isə hüquqşünas 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə alırdı.

Qeyd edək ki, O. Gülalıyevin düşdüyü qəza 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü Kənan Abdullayev tərəfindən törədilib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.