Oqtay Gülalıyevin ölüm xəbərini ailəsi TƏKZİB ETDİ

  • By admin
  • 01 Dekabr 2021 20:20

Hüquq müdafiəçisi Oqtay Gülalıyev vəfat etməsi ilə bağı sosial “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Gununsesi.info-nun xəbərinə görə, hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev yayılan məlumatları təkzib edib.

“Atam Oktay Gülalıyevlə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yalnış məlumat yayması aydın deyil”, – T.Gülalıyev qeyd edib.

O, dəqiqləşdirilmədiyi halda yalnış məlumat yaymamaqla bağlı çağırış edib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 29-da Bakının Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.

O, uzun müddət Türkiyədə müalicə kursu keçib. Daha sonra Azərbaycana qaytarılıb, müalicəsi xəstəxana və ev şəraitində davam etdirilib. Ötən gün O.Gülalıyevin səhhəti ağırlaşıb və yenidən xəstəxanaya yerləşdirilib.

Gununsesi.info