Oqtay Gülalıyevin səhhətində SON DURUM: Gözlərini açır, əllərini, ayaqlarını tərpədir

  • By admin
  • 06 Mart 2020 12:35

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində xeyli irəliləyiş var.

Gununsesi.org bildirir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat verib.

Dediyinə görə, Oqtay Gülalıyevin oyanıqlığı, həkimlərin refleks yoxlamalarına reaksiya verməsi çoxalıb:

“Atamın səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir.

İrəlləyişlərin göstəricisinə əsasən xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa, kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir.

Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər. Ümidlə gözləyirik”.

Gununsesi.org