Oqtay Kaynarca müjdəni verdi

  • By admin
  • 03 İyul 2022 12:54

Məşhur aktyor Oktay Kaynarca “Mən bu cahana sığmazam” adlı serialla ekranlara geri dönməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə ulduz instaqramda məlumat yayıb. İşini sevdiyini deyən artist ona hörmət və sayğı ilə yanaşdığını vurğulayıb.

“İşimə sadəcə iş olaraq baxmıram, həmişə səyahət və tərzi kimi baxmışam. Hər səyahətə başlayarkən “Su kimi axsın” ifadəsini deyirəm və bu sözü çox sevirəm. “Mən bu cahana sığmazam yaxında…”, – O.Kaynarca çəkiliş prosesindən paylaşdığı fotolara qeyd edib.

Məlumat üçün bildirək ki, ekran əsərində onun tərəf müqabilini Pelin Akil canlandıracaq. Adı Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlindən götürülən serialda Eren Vurdem, Işıl Yücesoy, Ebru Özkan, Burcu Binici, İnanç Konukçu, Raqıp Savaş, Mina Dərman rol alacaqlar.