Oqtay Şirəliyev İmran Abdullayevi direktor təyin etdi

  • By admin
  • 07 Fevral 2017 12:40

imran

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə yeni direktor təyin edilib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, yanvarın 1-dən etibarən mərkəzin direktoru vəzifəsinə İmran Abdullayev təyin olunub.

Bildirək ki, İ.Abdullayev bundan əvvəl Mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri olub. Mərkəzin Qidalanma gigiyenası şöbəsinin hazırki müdiri isə Nazim Feyzullayevdir.

İndiyədək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Vaqif Abdullayev icra edirdi.

Gununsesi.info