Oqtay Şirəliyev uşaq ölümlərinə görə qovulan şöbə müdirini yenidən işinə bərpa etdi - FOTOFAKT

  • By admin
  • 01 May 2017 11:12

2017-05-01-11-00-44oqtay1

Səhiyyə Naziri Oqtay Şirəliyev uşaq ölümlərində ittiham olunan şöbə müdirini işinə bərpa edib. 

Gununsesi.info unikal.orga istinadən məlumat verir ki, Zəhra Abbasova yenidən Mirqasımov adına Respublika Klinik xəstəxanasının Doğum Şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, jurnalist Həsən Babayev  2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində qeysəriyyə əməliyyatı zamanı övladının Z.Abbasova tərəfindən öldürülməsi ilə bağlı müraciət yaymışdı. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Həsən Babayevin müraciətinə cavab olaraq bildirilmişdi ki, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilib.
Gununsesi.info