Orban: Ərdoğanın qazanması üçün dua etdim

  • By admin
  • 02 İyun 2023 19:26

Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verib.

Gununsesi.info xarici mtbuata istinadən xəbər verir ki, Türkiyədəki Prezidentlik seçkiləri haqqında dəyərləndirmələr edən Orban çıxan nəticədən məmnuniyyətini dilə gətirib.

Macarıstanlı Baş nazir Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu ağır ittiham edərək onu “Amerikan yanlısı, Sorosun adamı” adlandırıb.

Orban söyləyib ki, Ərdoğan seçilməsəydi, durum daha faciəvi olardı. Orban açıqlamasında Ərdoğanın qazanması üçün dua etdiyini dilə gətirib.

 

Tərcümə: Arzu 

Gununsesi.info