Macarıstanın baş naziri Viktor Orban sığınacaq axtaranları Budapeştdən Brüsselə göndərməklə hədələyib. O, Aİ-nin Macarıstanın miqrantlarla bağlı siyasətini tənqid etməsinə belə cavab verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” yazıb.
“Biz miqrantları Brüsseldəki Grand Place-ə göndərəcəyik. Brüssel bizi cəzalandırmaq qərarında israr etsə, istədiyinə nail olacaq. Məlumdur ki, Aİ Budapeşti miqrasiya qaydalarını pozduğuna görə, xüsusən də “sığınacaq axtaran şəxsləri tranzit zonalarda saxladığına, yekun qərarı gözləyərkən ölkədə qalmaq hüququnu nəzərə almadığına görə 200 milyon avro cərimələmək qərarına gəlib”– deyə Orban vurğulayıb.
Lakin Macarıstan artıq iki dəfə bu cəriməni ödəmədiyi üçün Avropa Komissiyası bu vəsaitlərin tutulması üçün xüsusi proseduru aktivləşdirib.
Belə ki, Budapeştə məhkəmə qərarının icrasını gecikdirən hər gün üçün 200 milyon avro birdəfəlik cərimə və 1 milyon avro cərimə ödəməyə qərar verilib.
Xatırladaq ki, Macarıstan Hollandiyadan sonra Avropa İttifaqının miqrasiya qaydalarına əməl etməkdən imtina etmək niyyətini açıqlayıb.
Eyni zamanda, daşqının nəticələrinin aradan qaldırılması zamanı Orban Macarıstanın öz resurslarına güvənməli olduğunu və bunun üçün Aİ-dən pul almadığını bildirib.
Günay