Orban Ərdoğanın sülhməramlı missiyaya dəstəyinə ümid edir

Macarıstanın baş naziri Viktor Orban NATO sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaranın Macarıstanın Ukraynadakı sülhməramlı səylərini dəstəkləyəcəyinə ümid edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Macarıstan baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib:” “Baş nazir Viktor Orban Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın sülhməramlı missiyası ilə bağlı danışıqlar aparıb. Viktor Orban Türkiyənin indiyədək yeganə uğurlu vasitəçi olduğunu nəzərə alaraq Macarıstan sülhməramlı missiyasına dəstək istəyib”.

Qeyd edək ki, bir müddət əvvəl amerikalı konqresmen Marjorie Taylor-Green X sosial şəbəkəsindəki səhifəsində Vaşinqtonda başlayacaq NATO sammitinin sülhə deyil, dünya müharibəsinə yol açacağını bildirmişdi.

 

 

Şəbnəm

Gununsesi.info