Macarıstanın Baş naziri Viktor Orban parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O, xüsusilə, Budapeşt və Stokholm arasında müdafiə sahəsində əməkdaşlığın Macarıstanın təhlükəsizliyini gücləndirəcəyini bildirib.
“Ona görə də deputat həmkarlarımdan bugünkü səsvermədə İsveçin NATO-ya daxil olması ilə bağlı qanunu təsdiq etmələrini xahiş edirəm”, – deyə siyasətçi yekunlaşdırıb.
Gununsesi.info