Orban sabah futbol matçı üçün İrəvana gələcək

Macarıstanın Baş naziri Viktor Orban sabah futbol matçı üçün İrəvana gələcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Sabah İrəvanda Ermənistan-Macarıstan 2026-cı il Dünya Kuboku üçün Avrozonanın seçmə mərhələ oyunu keçiriləcək və Orban matç üçün Ermənistana gələcək”, – məlumatda deyilib.

 

Gununsesi.info