Orban Trampın andiçmə mərasimində iştirak etməyəcək

  • By Günel
  • 15 Yanvar 2025 23:15

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.

Gununsesi.info APA ya istinadən xəbər verir ki, bu barədə  Macarıstan hökumətinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.

“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək”, – Havaşi qeyd edib.

Gununsesi.info